Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. İqtisadiyyat
  3. 25-ci İBF Forumu Bakıda keçiriləcək (FOTO)
 25-ci İBF Forumu Bakıda keçiriləcək (FOTO)
İqtisadiyyat Trend.az

25-ci İBF Forumu Bakıda keçiriləcək (FOTO)

06 İyul 2021 4 4 Dəfə oxundu

Bakı. Trend:

25-ci İBF Forumu (İnternational Business Forum) bu il Bakıda keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təsis edilmiş və ildə bir dəfə keçirilən İBF Forumu çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və s. tədbirlər təşkil olunur.

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və İBF-in nümayəndələrinin iştirakı ilə KOBİA və İBF arasında 25-ci İBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF-in sədri Erol Yarar imzalayıblar.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVİD dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaqdır.

Beynəlxalq Biznes Forumun (İBF) rəhbəri Erol Yarar və MÜSİAD sədri Abdurrahman Uzun 25 ildir keçirilən İBF forumunun əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində həmçinin, İBF-in fəaliyyətinə dair film nümayiş olunub.

Mənbə – Trend.az

Etiketlər: İqtisadiyyat
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Sabah bu ərazilərə qar yağacaq – PROQNOZ

17 Fevral 2022

Tanınmış müğənni yaxınının ÖLÜM xəbərini jurnalistdən eşitdi – ŞOKDA

17 Fevral 2022

“Xocalı üçün paylaş” kampaniyası SOSİAL ŞƏBƏKƏLƏRDƏ

17 Fevral 2022

Zamanın vazkeçilməz ayaqqabıları: Möhtəşəm kombinlər – FOTO

16 Fevral 2022

Van Dammın oğlu həyat yoldaşını belə təbrik etdi – FOTO

16 Fevral 2022

“Tik-tok”da avtoş videolarını paylaşan həbs olundu – VİDEO

16 Fevral 2022

Azərbaycanın BU RAYONLARI ləğv olundu

16 Fevral 2022

Bakıda polisə silahlı müqavimət göstərən şəxs məhv edildi

16 Fevral 2022

Oxşar Xəbərlər
azxeber.com İqtisadiyyat

“Kontakt” bütün sevənləri 50 %-dək endirimlərlə sevindirir – KAMPANİYA BAŞLADI

04 Fevral 2022 7 5 Dəfə oxundu

“Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində

İqtisadiyyat Trend.az

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakı. Trend: Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar

İqtisadiyyat Trend.az

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

03 Fevral 2022 2 8 Dəfə oxundu

Bakı. Ləman Zeyanlova – Trend: Fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email