Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. 2020-ci ildə Azərbaycanın ÜDM-də dağ-mədən sektorunun payı artıb – “AzerGold”
 2020-ci ildə Azərbaycanın ÜDM-də dağ-mədən sektorunun payı artıb – “AzerGold”
Trend.az

2020-ci ildə Azərbaycanın ÜDM-də dağ-mədən sektorunun payı artıb – “AzerGold”

06 İyul 2021 2 3 Dəfə oxundu

Bakı. Zeyni Cəfərov – Trend:

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ötən il ümumi daxili məhsul (ÜDM) istehsalında dağ-mədən sektorunun payı artıb.

Trend-in məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun 5 illik fəaliyyətinə dair mətbuata yazılı açıqlamasında deyib.

O bildirib ki, ilkin proqnozlar cari ildə də bu müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır: “Təsadüfi deyil ki, hazırda ölkəmizdə ixrac edilən qeyri-neft məhsulları arasında qızıl və gümüş ən öncül mövqelərdə qərarlaşıb. Azərbaycan Prezidentinin sərəncamı əsasında 5 il öncə məhz 5 iyul tarixində fəaliyyətə başlayan Səhmdar Cəmiyyət ilk gündən təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirməyi əsas missiya olaraq müəyyənləşdirib. Bu məqsədlə “AzerGold” qısa müddət ərzində böyük zəhmət və gərgin əmək hesabına qiymətli metalların istehsalı və ixracı sahəsində ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilməyə müvəffəq olub”.

Z.İbrahimov əlavə edib ki, “AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayırılıb və dövlət büdcəsinə 55,5 milyon manatdan artıq məbləğdə vergi və rüsum ödənilib.


(Tərcümə: Orxan Nəbiyev)

Mənbə – Trend.az

Etiketlər: Maliyyə
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022 7 4 Dəfə oxundu

VTB (Azərbaycan) iki yeni məhsul – “Uşaq yığım hesabı” və vəsaitin qismən artırılma və çıxarılması mümkün olan “Cari yığım hesabı” əmanətlərini istifadəyə verir. Məhsullar üzrə

index.az

“Standard & Poor’s” agentliyi “Kapital Bank”ın reytinqini təsdiqlədi

04 Fevral 2022 3 3 Dəfə oxundu

“Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Bu

Trend.az

Azərbaycanda əkinlərin donvurmadan sığortası başlayıb – QAYDALAR, ŞƏRTLƏR

04 Fevral 2022 2 3 Dəfə oxundu

Bakı. Trend: Azərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma-şaxtavurmadan sığortası başlayıb. Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email