Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Metbuat.az
  3. Əfqanıstanda vəziyyət NƏZARƏTDƏN ÇIXIR:
 Əfqanıstanda vəziyyət NƏZARƏTDƏN ÇIXIR:
Metbuat.az

Əfqanıstanda vəziyyət NƏZARƏTDƏN ÇIXIR:

06 İyul 2021 5 5 Dəfə oxundu

“ABŞ-ın bölgədən çəkilməsindən sonra “Taliban” silahlı qruplaşmasının bəzi regionları, həmçinin Bədəxşan vilayətinin ələ keçirməsi Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgəri Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qoyub. Mövcud Əfqanıstan hökuməti ordu rəhbərliyinə qoşunların şəxsi heyətini qorumaq üçün Tacikistan ərazisinə keçmək əmrini verib”.

Bu şərhi Metbuat.az–a politoloq Samir Hümbətov edib. Tacikistan sərhəddini keçən əfqan silahlı qüvvələrinin sayı artıq 1037 nəfər təşkil etdiyini deyən siyasi şərhçi bildirdi ki, baş vermiş bu hadisə ilk dəfə deyil.

Samir Hümbətov: Türkiyənin regional siyasətdən qlobal siyasətə keçidi – KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

“Bundan öncə də dəfələrlə Əfqanıstan silahlı qüvvələrinin “Taliban” hərəkatının basqısı altında Tacikistana doğru hərəkət etmək məcburiyyətində olub. 22 iyun 2021-ci ildən bəri Əfqanıstan əsgərləri dördüncü dəfə Tacikistan sərhəddini keçirlər, amma sonuncu dəfə ən çox sayda əsgərin Tacikistan sərhəddini keçməsi müşahidə edilib. Tacikistan Sərhəd Mühafizəsinin əsgərləri baş verən hadisəni humanizm prinsipi əsasında qəbul ediblər. Rəsmi Düşənbə baş verən insidentlərin qarşısını almaq məqsədi ilə Tacikistan-Əfqanıstan dövlət sərhəddinə əlavə 20 min hərbçisini səfərbər edir.Son zamanlar sözügedən regionda baş verən proseslər sıradan hadisə kimi qəbul edilə bilməz və ciddi araştırma tələb edən məsələlərdən biri kimi qəbul edilə bilər”.

Politoloq deyir ki, ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra baş vermiş hadisənin təsadüfi hesab edilə bilməz. Bu məsələnin arxasında bir neçə ölkəyə siyasi mesajın olduğunu da demək mümkündür.

“Birincisi, ABŞ bununla Çinə mesaj vermək istəyir ki, əgər mən istəsəm sənin sərhəddinə yaxın yerdə, xüsusilə də Şərqi Türkmənistana yaxın ərazidə terrorçu qruplaşmaların fəaliyyətinə fürsət yaratmaqla daima səni təziq altında saxlaya bilərəm. Eyni zamanda “Taliban” silahlılarının Əfqanıstanın nəzarətini əlinə alması Çinin “Bir kəmər, bir yol” layihəsinin Mərkəzi Asiyadan keçən hissəsi üçün ciddi təhlükə kimi də qiymətləndirilə bilər.

İkincisi, ABŞ Rusiyaya mesaj vermək istəyir ki, baxmayaraq ki, sən KTMT-nin əlində saxlayırsan, Əfqanıstanla daima səni Mərkəzi Asiyada təziq altında saxlamaq imkanına malikəm. ABŞ-ın digər mesajı isə kövrək təhlükəsizliyə malik ölkələrinədir. ABŞ bununla demək istəyir ki, mən olmasam dünya terrorla üz-üzə qala bilər”.

Samir Hümbətov xüsusilə qeyd etdi ki, baş verənlərlə bağlı, Mərkəzi Asiyada gerçəkləşən və gerçəkləşməsi nərdə tutulan bir çox layihələrin təhlükəsizliyi sual altına düşə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə – Metbuat.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email